Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.42 $▼3.30%
  • WTI neft83.29 $▼1.71%
  • Avropa qazı (TTF)82.15 €▼3.90%
  • Təbii qaz (ABŞ)3.262 $▲3.16%
  • Qızıl3 760 $▼0.70%
  • Gümüş45.24 $▼1.26%
  • Pambıq80.95 ¢▼0.52%
  • Buğda597.75 ¢▼1.24%
  • Bitcoin63 477 $▼2.15%
  • Ethereum1 769 $▼2.94%
  • S&P 5007 331▼0.12%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

İtkinlərin valideynləri Paşinyandan hələ də cavab gözləyir

image-shirak
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Şirak regional idarəsinin binası Qarabağ müharibəsində itkin düşən hərbçilərin yaxınları tərəfindən mühasirə olunmağa davam edir.

Busaat.az xəbər verir ki, “Sputnik Ermənistan” müxbirinin hadisə yerindən verdiyi məlumata görə, etirazçılar gecəni inzibati binanın qarşısında keçiriblər.

Vətəndaşlar geri çəkilmək niyyətində olmadıqlarını və tələblərinin (Baş nazir Nikol Paşinyanla görüş və Şirak bölgəsindən olan itkin düşən hərbçilər məsələsinin həll olunması) dəyişmədiyini bildiriblər. Əvvəlki gecə etirazçılar Şirak regional idarəsində işləyən qadınların binadan çıxmasına icazə versələr də, kişilər binada qalıb.

“Biz heç kimi binada qalmağa məcbur etmədik, kişilər öz iradələri ilə qalıb”,- deyə etirazçılardan biri qeyd edib.

İtkin düşən hərbçilərin valideynləri binaya heç kimi içəri buraxmayacaqlarını bildiriblər.

“Başqa bir şey istəmirik. Yalnız bir tələbimiz var – övladlarımız qaytarılsın və Paşinyan gəlib bizə cavab versin. O gələnə qədər bölgə rəhbərliyini mühasirədən çıxarmayacağıq”,-deyə aksiya iştirakçıları vurğulayıblar.

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən itkin hərbçilərin valideynləri binaya gələrək Baş nazir Nikol Paşinyan, müdafiə naziri Vaqarşak Harutyunyan və Baş nazirin müavini Tiqran Avinyanla görüşmək tələbi ilə binaya olan giriş və çıxışları bağlayıblar. Onlarla polis məmuru hadisə yerindədir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=43621