
İzmirdə hərbi helikopter təcili eniş edib
Türkiyənin İzmir şəhərində hərbi helikopter təcili eniş edib.
Busaat.az xəbər verir ki, Çiğli aviabazasından havaya qalxan helikopter texniki nasazlıq səbəbindən Bademler kəndində eniş edib.
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı şəxs xəstəxanaya çatdırılıb.























