Rusiyada “Jara” beynəlxalq musiqi festivalı ərəfəsində “pre-party” keçirilib.
Busaat.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə baş tutan gecədə məşhur simalar – Qriqori Leps, Slava, Anita Tsoy, Ani Lorak, ELMAN, Yuliya Baranovskaya və başqaları yer alıb.
Şou-biznes nümayəndələri əvvəlcə qırmızı xalça karvanına qoşulub, daha sonra KİV-in suallarını cavablandırıb.
Qeyd edək ki, hər il Bakıda baş tutan musiqi festivalı bu dəfə 23-27 iyun tarixlərində Moskvanın “Lujniki” stadionunda baş tutacaq.