“Jara” ilk dəfə Moskvada… – Fotolar

image-vvvvbackend

“Jara” beynəlxalq musiqi festivalının açılışı baş tutub.

Busaat.az xəbər verir ki, iyunun 27-dək davam edəcək tədbir ilk dəfə Moskvada, “Crocus City Hall”da reallaşıb.

Mərasimdə Rusiyanın populyar ulduzları – Filipp Kirkorov, Ani Lorak, Qriqori Leps, Nikolay Baskov, Lolita, Vera Brejneva və başqaları yer alıb, qırmızı xalça keçidində kameralara poz veriblər.

Qeyd edək ki, musiqi şousunun beş illik yubileyində 200-ə yaxın musiqiçi səhnəyə çıxacaq.

Tədbir Rusiyada tətbiq olunan karantin qaydalarının tələblərinə uyğun keçirilir və tamaşaçılar fərdi qoruyucu vasitələr (maska və əlcək) taxmalı, eyni zamanda sosial məsafəyə riayət etməlidirlər.

Qeyd edək ki, “Jara” musiqi festivalı yarandığı gündən Bakıda keçirilirdi. Ötən il pandemiya səbəbindən Azərbaycanda baş tutmayan mərasimin bu il Rusiyada keçirilməsi barədə qərara gəlinib.

image-bbb image-zz image-xcccxcxcx image-bbbbbb image-vvvv image-bbbcb image-xcx image-vb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki