2024-cü il ABŞ prezident seçkilərində Bayden və Trampın üz-üzə gəlməsi və ticarət müharibəsi gərginliyi səbəbindən dolların dəyər qazanması mümkündür.
Busaat.az xəbər verir ki, bu barədə JPMorgan strateqləri dollar analizində bildirib.
10 faizlik qlobal tarif dolların ticarət çəkisi dəyərini 4 faizdən 6 faizə qədər artıra bilər. Çünki genişlənən ticarət müharibəsi tsiklik və böyüməyə həssas valyutalara təzyiq göstərir – deyə strateqlər bildirib.