Jurnalistlərin Muş səfəri TƏƏSÜRATLARI – FOTOLARDA

image-anyconv-com__m2backend

Xəbər verdiyimiz kimi, bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən səfər zamanı jurnalistlərin Türkiyənin Muş, Tunceli, Bingöl, Elazığ və İstanbul şəhərlərinə ziyarəti nəzərdə tutulub.

Busaat.az xəbər verir ki, səfər zamanı azərbaycanlı jurnalistlərə Türkiyənin tarixi və bu günü haqqında məlumat verilməsi, bir sıra tarixi və mədəni abidələrə ziyarət təşkil edilməsi planlanıb.

Plana uyğun olaraq davam edən səfər çərçivəsində jurnalistlər Muş şəhəri ilə tanış olub. Burada jurnalistlərə şəhər haqqında ümumi məlumatlar verilib.

405 minə yaxın əhalisi olan şəhərin əsas gəlir məbəyinin kənd təssərüfatı, əkinçilik və maldarlıq olduğu bildirilib. Üzümçülüyün və digər sahələrin inkişafından danışılıb.

Şəhərin gəzməli və görməli yerlərinə turistik səfərin təşkilindən sonra, jurnalistlərə Muşun zəngin tarixi keçmişi ilə bağlı informasiyalar verilib və bir sıra tarixi yerlərə ekskursiyalar təşkil edilib.

Muş tarix qoxan, özündə keçmişi gizlədən və burada qonaq olan hər kəslə öz keçmişini bölüşən nadir şəhərlərdəndir. Şəhərin ən böyük tarixi keçmişindən biri də burada qədim türk dövlətlərindən olan Səlcuqların izlərinin olmasıdır. Belə ki, Muş türklərin Anadoluya gəlişini təmin edən və burada türk dövlətçiliyinin bərqərar edilməsində əsas rol oynayan Malazgird döyüşünə şahidlik edib.

Muşda yerləşən və İslam dinin nadir incilərindən sayılan Ulu Cami adlanan məscid ziyarət edilib. Burada jurnalistlərə Ulu Caminin qısa tarixçəsi barədə məlumat verilib. Rəvayətlərə görə 979-cu ildə inşa edilən məscid günümüzdə də istifadəyə yararlıdır. 1966-cı ildə Muşda zərzələ baş vermiş, məscidin minarəsi dağılmış, ancaq 1968-ci ildə orjinallığına zərər dəymədən məsciddə yenidənqurma işləri aparılmışdır.

Ulu Cami ilə bərabər Muşda yerləşən Alaeddin Bey ve Hacı Şeref məscidləri də ziyarət edilmiş və bu məscidlər barədə jurnalistlərə ətraflı məlumatlar verilmişdir.

Səfər daha sonra gəzinti ilə davam etmiş və şam yeməyi ilə bitmişdir.
.

Busaat.az/Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90