
Kabildə ard-arda iki partlayış
Əfqanıstanın paytaxtı Kabil şəhərində iki partlayış baş verib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata əsasən, partlayış nəticəsində xəsarət alanlar var.
Bildirilir ki, birinci partlayış Daşte-Barçi rayonunda baş verib və burada xəsarət alanlar var. İkinci partlayış isə İrfani Harrqoti-13 rayonunda baş verib. Burada yaralıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.























