Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.78 $▼3.99%
  • WTI neft82.70 $▼2.41%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.190 $▲0.89%
  • Qızıl3 774 $▼0.34%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 809 $▼0.74%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Kabildən qaçışın fotosu…

image-kabil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün Əfqanıstanın paytaxtı Kabilin hava limanında lentə alınmış dəhşətli kadrlardan sonra bununla bağlı daha bir acınacaqlı foto yayılıb. 

Busaat.az  xəbər verir ki, sözügedən fotoda ABŞ-ın hərbi təyyarəsinə minib ölkəni tərk edən yüzlərlə dinc əfqan görünür. Məlumata əsasən, ABŞ-ın “Reach 871” hərbi yük təyyarəsi “Taliban” hərəkatının yaraqlılarından qaçan 640 əfqanı Kabildən Qətərə daşıyıb.

Bildirilir ki, hərbi yük təyyarəsi daşımalı olduğu yükdən 5 dəfə daha çox yük daşıyıb. Həmçinin qeyd olunub ki, təyyarənin kapitanı və ekipaj heyəti təyyarəyə axın edən əfqanların sayından heyrətlənsə də son nəticədə onları aparmaq qərarına gəlib.

Təyyarənin göyərtəsində yerdə əyləşmiş əfqanların fotosu ilk olaraq “Defenseone.com” tərəfindən paylaşılıb və qısa müddət ərzində dünyanın nüfuzlu KİV-lərində yayılıb.

Qeyd edək ki, “Taliban” radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər. Onlar paytaxt Kabilin yeganə hava limanından havaya qalxan təyyarəyə minməyə cəhd edir, hətta təyyarələrin kənarlarından tutaraq ölkəni tərk etmək istəyirlər.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=55159