Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 687 $▼1.14%
  • Ethereum1 748 $▼1.41%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kadırovun “Muzdlu əsgər” planı: Bütün dünyada döyüşəcəklər

image-ramzan_-2747667
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çeçenistan lideri Ramazan Kadırov dünyanın istənilən yerində döyüşə bilən “muzdlu ordu” yaratmağı planlaşdırır.

Busaat.az xəbər verir ki, bu barədə Kadırovun özü Rusiyanın RİA xəbər agentliyinə müsahibəsində bildirib.

“Sarku’l Avsat”ın xəbərinə görə isə, Kadırov qurmaq istədiyi təşkilat barədə deyib: “Özünü ən demokratik adlandıran ölkələrə gedərək məzlum xalqı qoruya biləcək”.

Kadırov bəyan edib ki, quracağı yeni muzdlu dəstə dünyanın hər yerindən insanları cəlb edəcək.

Fevral ayında Kadırov, “Bir gün əziz qardaşım Priqojinlə yarışacam”, – deyərək yeni muzdlu dəstə yaratmaq planlarını gündəmə gətirib.

Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin meneceri Yevgeni Priqojin və Çeçenistanın lideri Kadırov Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusunun komandanlıq eşelonunu sərt tənqid ediblər. Rusiya Müdafiə Nazirliyi ilə Priqojin arasında yaşanan gərginlik zamanı Kadırov daha ehtiyatlı mövqe tutub.

Vaqner isə 2014-cü ildə təsis edilib. Suriya, Liviya, Mali və Mərkəzi Afrika kimi ölkələrdə fəaliyyət göstərdiyi bilinən Vaqnerin Ukraynada 50 mindən çox döyüşçüsü olduğu təxmin edilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108526