Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 613 $▼5.29%
  • Ethereum1 781 $▼7.58%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kaliforniya ştatında 34 milyon insanın daşqın təhlükəsi altındadır

image-abs_dasqin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Kaliforniya ştatında həftə sonu başlayan şiddətli yağış və fırtınalar həyatı iflic edərkən, ştatda 34 milyon insanın daşqın riski ilə üzləşdiyi bildirilib.

Busaat.az ABŞ mətbuatına istinadən xəbər verir ki, rəsmilər həftə sonu başlayan güclü yağış və fırtınalar səbəbindən əyalətdə indiyədək 15 nəfərin öldüyünü açıqlayıb.

Rəsmilər, ştatda 34 milyon insanın “daşqın təhlükəsi” altında olduğunu vurğulayıblar.

Ölümlərin daha çox yol qəzaları, ağacların aşması və hava şəraiti ilə əlaqədar sel suları nəticəsində baş verdiyini bildirən səlahiyyətlilər, avtomobili su altında qalan qadının və 5 yaşlı uşağın ətrafdakılar tərəfindən xilas edildiyini bildirib.

San Luis Obispo bölgəsinin şerifi Tony Cipolla, itkin düşənlərin tapılması üçün işlərin davam etdiyini açıqlayıb.

Daşqın və sürüşmə təhlükəsi səbəbindən Santa Kruz bölgəsində 32 minə yaxın, Santa Barbara bölgəsində isə 10 min nəfər təxliyə edilib. Ştatın şərq hissəsində qarın 2 metrə yaxın yağdığı, uçqun təhlükəsi səbəbindən dağların ətrafındakı bəzi əsas yolların nəqliyyatın hərəkəti üçün bağlandığı qeyd edilib.

Bildirilib ki, Santa Klara bölgəsində təxminən 225 min ev və iş yeri işıqsız qalıb. Milli Meteoroloji Xidməti bölgədə pis hava şəraitinin davam edəcəyini söyləyib.

ABŞ prezidenti Co Bayden Kaliforniya ştatında şiddətli fırtınalar, küləklər və yağışlar səbəbindən yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96682