
Kambocada 11 yaşlı qız quş qripindən ölüb - Səhiyyə Nazirliyi
Kambocada 11 yaşlı qız H5N1 quş qripi virusundan dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, bu barədə Kamboca Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunur ki, sözügedən hadisə Kambocada 2014-cü ildən bəri ilk quş qripi hadisəsidir.
Nazirlik həyatını itirən qızın yaşadığı ərazidəki çöl quşlarından nümunələr götürüldüyünü, ölü və ya xəstə quşlara toxunulmaması ilə bağlı xəbərdarlıq edildiyini açıqlayıb.
Qeyd edək ki, 2003-cü ildən 2014-cü ilə qədər Kambocada 56 quş qripi hadisəsi qeydə alınıb, onlardan 37-si ölümlə nəticələnib.
Busaat.az























