
Kambocada gecə klubunda yanğın - 8 ölü
Kambocanın paytaxtı Pnompendə gecə klubunda baş verən yanğın nəticəsində, həlak olanların sayı 8 nəfərə çatıb.
Busat.az xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Məlumata görə, yanğın paytaxtın Toowool Cork rayonunda yerləşən gecə klubunun 5-ci mərtəbəsində baş verib.
Məhkəmə-tibbi ekspertizasının məlumatına görə, 8 nəfər boğulma nəticəsində həyatını itirib.
Ölənlərin hamısının klubda təmir işləri aparan işçilər olduğu bildirilir.
Busaat.az























