Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.57 $▼4.85%
  • WTI neft87.53 $▼4.14%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.184 $▲5.33%
  • Qızıl4 110 $▼0.56%
  • Gümüş52.65 $▼0.88%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 665 $▼0.08%
  • Ethereum2 122 $▼0.16%
  • S&P 5007 548▲2.35%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

“Kamera məhz hadisə günü məni oğurlayan maşın istiqamətinə fırlanmayıb” - Bəxtiyar Hacıyev

image-bextiyar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İctimai fəal Bəxtiyar Hacıyev bir neçə gün əvvəl başına gələn hadisə ilə əlaqədar aparılan araşdırmalarla bağlı məlumat yayıb.

Busaat.az-ın məlumatına görə, B.Hacıyev aprelin 27-də yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildiyini bildirib: “Cinayətdən 6 gün sonra istintaqa verilmiş “Təhlükəsiz Şəhər” kamera görüntülərinə baxdıq və məlum oldu ki, 2 statik kameradan əlavə altdakı fırlanan kamera məhz hadisə günü məni oğurlayan maşın istiqamətinə fırlanmayıb. Saatlarla… Nəinki o tərəfə, ümumiyyətlə fırlanmayıb”.

Bəxtiyar Hacıyev əlavə edib ki, bir neçə gündür kameranı müşahidə edir və onun işlədiyini, fırlandığını görüb: “Bir neçə fərqli vaxtda kameranın fırlanmasını da videoçəkilişlə qeydə almışam. Sual yaranır ki, mənə qarşı törədilmiş cinayətdə hüquq-mühafizə orqanlarının əli yoxdursa, DİN-in “Təhlükəsiz Şəhər” kamera sisteminə kim müdaxilə edib, kameranı bir istiqamətdə kilidləyə bilər?”

Qeyd edək ki, bir neçə gün əvvəl Bəxtiyar Hacıyev paytaxt ərazisində bir qrup şəxs tərəfindən oğurlandığını, naməlum istiqamətə aparıldığını və ona qarşı nalayiq hərəkətlərin edildiyini bildirib.

Bundan sonra daxili işlər naziri Vilayət Eyvazov, eləcə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev B.Hacıyevlə görüşüb və onun müraciəti nəzarətə götürülüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=76214