
Kanada 14 Rusiya vətəndaşına və 34 quruma sanksiya tətbiq edib
Kanada Rusiyadan olan 14 nəfərə və 34 hüquqi şəxsə, o cümlədən “Wagner PMC” ilə əlaqəli olanlar, üstəgəl Belarusun maliyyə sektoruna bağlı 9 müəssisəyə qarşı sanksiyalar tətbiq edib.
Busaat.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo bildirib.
Baş nazirin sözlərinə görə, Ottava bu addımı Rusiyaya “təzyiqləri artırmaq” üçün atıb.
Sanksiyaya məruz qalan şirkətlər arasında yük aviaşirkətləri, peyk məlumat şirkətləri və rabitə avadanlığı istehsalçıları da var.
Belarus üzrə siyahıya Belarus Milli Bankı, Priorbank, VTB (Belarus) və Sberbank-ın Belarus ofisi daxildir.
Busaat.az























