
Kanada Aİ-nin Ermənistandakı müşahidə missiyasına qoşulur
Avropa Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsi Kanadanın Aİ-nin Ermənistandakı müşahidə missiyasına dəstək təklifini bəyənib.
Busaat.az xəbər verir ki, bu barədə komissiyanın 18 iyul tarixli qərarında qeyd olunub.
“Kanadanın Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) töhfəsi tanınır və əhəmiyyətli hesab olunur. Kanada missiyanın büdcəsinə maliyyə töhfələrindən azaddır”, – qərarda bildirilir.
Qərar qəbul edildiyi gündən qüvvəyə minir.
Busaat.az























