
Kanada Hindistandan 41 diplomatı geri çağırdı
Kanada Hindistandan 41 diplomatı və onların ailə üzvlərini geri çağırıb.
Busaat.az xəbər verir ki, Ottava diplomatik personal paritetinə dair tələbləri yerinə yetirmədiyinə görə, Dehli diplomatların toxunulmazlığını ləğv edib.
“Kanada təsdiq edir ki, Hindistan 20 oktyabr 2023-cü il tarixinə qədər 21 kanadalı diplomatın toxunulmazlıqlarını birtərəfli qaydada ləğv etmək planını açıqlayıb”.
Qeyd edək ki, iki ölkə arasında gərginlik sentyabr ayında Kanadanın Baş naziri Castin Trüdonun Hindistanın Kanadada bir sikx separatçısının məhkəməsiz şəkildə öldürülməsi ilə bağlı “mötəbər məlumat” olduğunu deməsi ilə kəskinləşib.
Natiq Kərimli,
Busaat.az























