
Kanada Ukraynaya 1,76 milyard dollar kredit verəcək
Kanada Kiyev hökumətinə 2,4 milyard Kanada dolları (indiki məzənnə ilə 1,76 milyard dollar) məbləğində kredit ayırmağa hazırlaşır.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
Dərc edilən sənəddə Ukraynaya 2023-cü il üçün Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə veriləcək 2,4 milyard Kanada dolları məbləğində əlavə kredit vəd edir.
Bundan başqa, Kiyevə hərbi texnika, səkkiz Leopard 2 tankı verilməsi üçün 200 milyon Kanada dolları (146,7 milyon dollar) ayrılacaq. Əlavə 2023-2024-cü illərdə ölkəyə humanitar yardım üçün daha 84,8 milyon Kanada dolları (62,2 milyon ABŞ dolları) ayrılacaq.
Busaat.az























