Kanadada 407 hərbçi ordudan xaric edilib

image-3626707623208025359backend

 Kanadada Covid-19 peyvəndi qəbul etməkdən imtina edən 407 hərbçinin ordu ilə əlaqəsi kəsilib.

Busaat.az xəbər verir ki, bu barədə Kanadanın CTV News telekanalı məlumat yayıb.

Məlumata görə, Castin Trudeau hökumətinin 2021-ci ilin oktyabrında qəbul etdiyi “federal qurumlarda çalışan dövlət işçilərinin iki doza məcburi Covid-19 peyvəndi olması” qərarında hərbçilər də nəzərdə tutulub.

2021-ci ilin oktyabrından bu ilin sentyabrına qədər iki doza peyvənd qəbul etməkdən imtina edən 299 hərbi qulluqçu ordudan tərxis edilib.

Kanada Milli Müdafiə Nazirliyi, silahlı qüvvələrdə xidmət edən hərbi və mülki personal üçün iki dozalı Covid-19 peyvəndi tələbinin davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, epidemiyadan sonra Kanadada başlayan peyvəndləmə cəhdləri ölkənin bir hissəsi tərəfindən rədd edilib və peyvənd əleyhinə kütləvi aksiyalara səbəb olub. Buna baxmayaraq, ölkə əhalisinin 82 faizi iki doza Covid-19 peyvəndi qəbul edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90