
Kanadada meşə yanğınları - 16 mindən çox insan təxliyə edilib
Kanadanın Yeni Şotlandiya əyalətində meşə yanğınlarının davam etdiyi Halifax bələdiyyəsində 16 mindən çox insan təxliyə edilib.
Busaat.az xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalı məlumat yayıb.
Məlumata görə, evakuasiya bələdiyyənin bir sıra ərazilərində, o cümlədən Hammonds düzənliklərində, Yuxarı Tantallon və Pokvokda həyata keçirilir.
Yerli hakimiyyət orqanlarından bildirilib ki, evakuasiya edilmiş ev təsərrüfatlarına 500 CAD (368 ABŞ dolları) qədər maliyyə dəstəyi veriləcək.
Daha əvvəl bildirilmişdi ki, Halifax hakimiyyəti fövqəladə vəziyyət elan edib
Bildirilir ki, fövqəladə vəziyyət rejimi yeddi gün müddətində qüvvədə olacaq.
Busaat.az























