
Kanadanın baş naziri 18 illik həyat yoldaşından boşanır
Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi 18 illik evlilikdən sonra ayrıldıqlarını açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Trüdo Twitter-də yazıb.
“Sofi və mən bir çox uzun və çətin müzakirələrdən sonra ayrılmaq qərarına gəldiyimizi bildirmək istərdik”, – nazir deyib.
“Həmişə olduğu kimi, biz birlikdə qurduğumuz və qurmağa davam edəcəyimiz şeylərə görə bir-birimizə sevgi və hörmətlə bağlı yaxın insanlar olaraq qalırıq”, – Trüdo bildirib.
“Onlar verdikləri qərarla bağlı bütün lazımi hüquqi və etik addımların atılmasını təmin ediblər və bunu gələcəkdə də atacaqlar”, – Baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.
“Uşaqlarımızın rifahı naminə sizdən bizim və onların şəxsi həyatlarına hörmət etməyinizi xahiş edirik”, – Trüdo qeyd edib.
Busaat.az























