Kanye West-dən qalmaqallı ifadə: “Hitleri bəyənirəm”

image-kapak_092559backend

ABŞ-lı reper Kanye West aparıcı Aleks Consla müsahibəsində qalmaqallı ifadələr işlədib. Kanye West Holokostu həyata keçirən faşist lideri Adolf Hitleri bəyəndiyini bildirib.

Busaat.az xəbər verir ki, məşhur reper Kanye West son irqçi açıqlamalarına görə bir çox brendlə münasibətini kəsdiyi əsnada, yeni qalmaqala imza atıb.

Belə ki, antisemit açıqlamalarına görə Twitter və İnstaqramdan qovulan, Adidas və Balenciaga kimi aparıcı moda markaları ilə müqavilələri sona çatan ABŞ-lı reper Kanye West aparıcı Aleks Consun proqramına üzünü tamamilə örtən qara maska ilə qatılıb.

Kanye West müsahibə zamanı nasistlərə sevgisini və faşist lideri Hitlerə heyran olduğunu bildirib.

West irqçi Nik Fuenteslə birlikdə qatıldığı verilişdə, “Hər bir insanın masaya gətirəcəyi dəyərli bir şey var, xüsusilə Hitler. Üstəlik, Hitler xristian olaraq doğulub” – deyə, bildirib.

2024-cü ildə ABŞ prezidentliyinə namizəd olacağını deyən West əlavə edib: “Hitler haqqında da yaxşı şeylər görürəm. O, magistral yolları icad edib, musiqiçi kimi istifadə etdiyim mikrofonu icad edib. Hitler haqqında gördüyü yaxşı işləri ucadan deyə bilmirik və mən bundan bezirəm”.

West-in bu sözləri, ibtidai məktəbdə 26 nəfərin ölümü ilə nəticələnən hücumu “aldatmaca” adlandırdığı üçün milyonlarla dollar təzminat ödəməyə məhkum edilən təxribatçı Aleks Consu da təəccübləndirib və o, gülməkdən özünü saxlaya bilməyib.

İfrat sağçı Cons West-in sözlərini yarımçıq kəsərək, “Nasistlər quldur idilər və həqiqətən də pis işlər görürdülər” deyib.

West naziləri müdafiə etməyə davam edib: “Biz nasistləri hər zaman aşağılamağı dayandırmalıyıq. Mən nasistləri sevirəm”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90