
Katolik Kilsəsi "uşaqlara qarşı cinsi istismara görə" üzr istəyib
İspaniya Katolik Kilsəsi öz yurisdiksiyalarında uşaqların cinsi istismarı hallarına görə “səmimi və təvazökarlıqla üzr istədiyini” açıqlayıb.
Busaat.az xəbər verir ki, kilsənin ali qurumu olan İspan Yepiskoplar Konfransının (CEE) prezidenti və Barselona kardinalı Xuan Xose Omella Madriddə keçirilən plenar iclas zamanı keçmişdə uşaqlara qarşı cinsi istismarın olduğunu etiraf edib.
“Qurbanlardan səmimi və təvazökarlıqla üzr istəyirik”, – Barselona Kardinalı deyib.
“Biz bu böyük günah üçün bağışlanma dilədik və bunu istəməyə davam edəcəyik. Amma bağışlanma diləmək kifayət etmir, biz bu bəlanın cəmiyyətimizdən silinməsini istəyirik“, – deyə bildirilib.
“Kilsə Avropada hər beş uşaqdan birinə təsir edən bu bəlaya qarşı mübarizəyə rəhbərlik etmək istəyir. Heç bir məsuliyyətimizdən çəkinmədən, təəssüf edirik ki, ağrılı məsələ hazırda qlobal miqyasda həll olunmur. Biz bu dramı Kilsə səltənəti daxilində təhlil etməkdə israr edirik”, – Omella vurğulayıb.
Qeyd edək ki, Ombudsman təsisatına təqdim edilən və ictimaiyyətlə paylaşılan hesabatda 1945-ci ildən bəri İspan Katolik Kilsəsi daxilindəki müəssisələrdə uşaqlara qarşı cinsi zorakılığa dair 706 ittiham açıqlanıb.
Busaat.az























