Ötən il qanunsuz dövriyyədən 4 ton 464 kiloqram narkotik vasitə çıxarılıb.
Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında deyilib.
Bildirilib ki. 2022-ci illə müqayisədə 1 ton 46 kiloqram çox narkotik vasitə götürülüb:
“620 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib”.