Keçmiş məmur koronavirusdan vəfat etdi (FOTO)

Keçmiş məmur koronavirusdan vəfat etdi (FOTO)backend

Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezident İlham Əliyevin 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90