Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.06 $▲0.69%
  • WTI neft86.44 $▲0.90%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.294 $▲2.52%
  • Qızıl4 041 $▼2.05%
  • Gümüş51.53 $▼3.22%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 610 $▼2.19%
  • Ethereum2 051 $▼3.83%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Keçmiş nazir 44 günlük müharibəni araşdıran komissiyanın dəvətini rədd etdi – Köçəryan Oskanyanı hədələdi

image-1006569
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Milli Assambleyasının deputatı, müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan bəyan edib ki, keçmiş xarici işlər naziri Vardan Oskanyanın 44 günlük müharibəni araşdırmaq üçün qurulan komissiyaya gəlməkdən imtina etməsi öz nəticələrini verəcək.

Busaat.az  xəbər verir ki, bu barədə siyasətçi özünün “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, müvəqqəti parlament komissiyası bu ilin əvvəlində yaradılıb. Oskanyana komissiya üzvlərinin suallarını cavablandırmaq üçün dəvət daha əvvəl göndərilsə də, mayın 28-də eks-nazir hələ ki, yazılı dəvət almadığını, lakin komissiyanın obyektiv nəticə çıxara biləcəyinə şübhələr də daxil olmaqla, onun işində iştirak etməmək qərarına gəldiyini bildirib.

Köçəryan isə bildirib ki, komissiyanın işinin məntiqi və ardıcıllığı heç bir halda Oskanyanın fikrindən asılı ola bilməz və onun effektivliyini qiymətləndirmək keçmiş nazirin səlahiyyətinə daxil deyil.

Deputatın sözlərinə görə, əgər Oskanyan həqiqətən də komissiyanın araştırmasının ədalətliliyinə və obyektivliyinə əmin deyilsə, o zaman o, şəxsən iclasa gəlib “dərin biliyi və peşəkarlığı” ilə bağlı fikirlərini bölüşə bilər.

“Bununla belə, sizi xəbərdar edirəm ki, Oskanyanın və görüşə dəvət olunmuş digər şəxslərin imtinasının mənəvi və siyasi nəticələri olacaq”, – deyə Köçəryan bildirib. Siyasətçi əlavə edib ki, “Milli Məclisin reqlamenti haqqında” qanuna dəyişiklik edilərsə, belə bir imtina hüquqi nəticələr doğuracaq.

Azpolitika.info

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78590