Keçmiş xarici işlər naziri istirahət mərkəzində menecer İŞLƏYİR – FOTO

image-vezifeeebackend

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan istirahət mərkəzində işə düzəlib.

Busaat.az xəbər verir ki, bunu ölkənin “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, o, “Apaga Resort” istirahət kompleksində menecer vəzifəsində çalışır. Kompleks Ermənistannın Baş naziri Nikol Paşinyanın doğulduğu Enokavane rayonunda yerləşir.

Qəzetin əməkdaşları keçmiş nazirlə əlaqə saxlamaq istəyib, amma o, zənglərə cavab verməyib. Lakin Z.Mnatsakyanın yaxın ətrafı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Z.Mnatsakyan 2018-2020-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb. O, İkinci Qarabağ müharibəsindən sonra postundan azad edilib.

image-photo_180823

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90