Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 502 $▼3.99%
  • Ethereum1 834 $▼4.86%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hadisə

Kəlbəcərdə minaya düşənlərin adları məlum olub

image-mina_220921
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Busaat.az xəbər verir ki, hadisə zamanı mülki şəxslər – Qusar rayon sakinləri – 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb.

Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir.

Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işlərinlə məşğul olurlarmış.

Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yüsif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb.

Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94231