
Keniyada aclıq təriqətində ölənlərin sayı - 372-yə çatıb
Keniyada “aclıq kultu” istintaqı çərçivəsində tapılan cəsədlərin sayı 372-yə yüksəlib.
Busaat.az xəbər verir ki, aclıq təriqəti ilə bağlı son aylarda ortaya çıxan istintaq dərinləşdirilib.
Bölgə komissarı Rhoda Onyança dəfn axtarışları zamanı yeni cəsədlər tapdıqlarını açıqlayıb.
Onyança aşkarlanan cəsədlərin sayının 372-yə yüksəldiyi barədə məlumatı paylaşaraq, aprel ayından bu yana 95 nəfərin təriqətdən xilas edildiyini qeyd edib.
Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.
Busaat.az























