“Keşlə” “Laçi”yə qarşı – Yenilənir

“Keşlə” “Laçi”yə qarşı – Yenilənirbackend

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Busaat.az xəbər verir ki, təmsilçilərimizdən “Keşlə” də ilk oyununa çıxacaq. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın “Laçi” klubunu qəbul edəcək.

Bu, rəqiblərin Avroliqada ikinci duelidir. 2015-2016 mövsümündə – Bakı təmsilçisi “İnter” adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırıb. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə edib və “İnter” səfər qolu sayəsində mərhələ adlayıb.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya)
Hakimlər:
 Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90