“Keşlə”nin futbolçusunun atası vəfat etdibackend

“Keşlə”nin Syerra-Leonedən olan futbolçusu Con Kamaraya ağır itki üz verib.

Busaat.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin atası vəfat edib.

Komandanın baş məşqçisi Yunis Hüseynov bu səbəbdən Kamaranın “Keşlə”yə bir qədər gec qoşulacağını bildirib. O, digər legionerlərin isə artıq sabahdan Bakıya qayıdacağını deyib.

Qeyd edək ki, Con Kamara 2019-cu ilin yanvarından “Keşlə”də oynayır.