Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft92.32 $▲1.13%
  • WTI neft86.08 $▲0.95%
  • Avropa qazı (TTF)90.00 €▲3.19%
  • Təbii qaz (ABŞ)3.308 $▲1.22%
  • Qızıl3 946 $▼0.87%
  • Gümüş51.14 $▼0.55%
  • Pambıq82.64 ¢▲0.36%
  • Buğda597.25 ¢▼0.71%
  • Bitcoin73 356 $▼0.77%
  • Ethereum2 044 $▼0.50%
  • S&P 5007 619▲1.29%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

 "Kiçik Ay" 2055-ci ilə qədər Yerdən uzaqlaşacaq

image-c8110695-1c2d-3469-a283-a7a5ac036e4a_850jpg-1732601276
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Kiçik Ay” kimi tanınan 2024 PT5 asteroidi Günəşə doğru hərəkət edəcək və 2055-ci ilə qədər Yerdən uzaqlaşacaq.

Busaat.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Yerətrafı Obyektlərin Öyrənilməsi Mərkəzinin alimlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırda asteroid Yerdən 3,2 milyon kilometr məsafədə yerləşir ki, bu da Aya olan məsafədən təxminən doqquz dəfə çoxdur. O, planetin cazibəsinə düşəcək qədər Yerə yaxın deyil.

Gələn ilin yanvarında asteroidin Yerə 1,7 milyon kilometr məsafədə yaxınlaşacağı gözlənilir. Obyektin təxminən 10 metr diametrli kiçik ölçüsü onu adi gözlə görməyə imkan verməyəcək.

Xatırladaq ki, 2024 PT5 asteroidi avqustun əvvəlində ATLAS teleskop sisteminin müşahidəsinə düşüb.

Diametri təxminən 10 metr olan asteroid Yerin peyki ilə müqayisədə çox kiçikdir.

Bu, Yerin sahib olduğu ilk “Kiçik Ay” deyil. Tədqiqatçılar 1981 və 2022-ci illərdə iki “Kiçik Ay” hadisəsinin baş verdiyini bildiriblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153543