
“Kiçik Qatil Pedro” ləqəbli Pedro Rodriqes Filyo Sao Pauloda güllələnib
Braziliyada 71 qətldə təqsirləndirilən və 42 il həbs həyatından sonra 2017-ci ildə azadlığa çıxan “Kiçik Qatil Pedro” ləqəbli Pedro Rodriqes Filyo San-Pauluda güllələnib.
Busaat.az xəbər verir ki, bu barədə “Metropoles” qəzeti məlumat yayıb.
İki silahlı şəxs Mogi das Kruzes şəhərindəki evinin qarşısında portuqalca Filyoya dəfələrlə atəş açıb.
Qeyd edək ki, ilk dəfə 1973-cü ildə həbs olunan və 2007-ci ildə həbsdən çıxan Filyo, daha sonra iki dəfə azadlıqdan məhrum edilib. Filyo 71 qətldə təqsirli bilinib və ümumilikdə 42 il həbs cəzası çəkdikdən sonra 2017-ci ildə azadlığa çıxıb.
Busaat.az























