Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 650 $▲0.84%
  • Ethereum1 805 $▲2.05%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

"Kılıçdaroğlu qalib gələrsə, Rusiya ilə əlaqələri institutlar səviyyəsində quracaq” - Ünal Çeviköz

image-56369086_0_105_1600_1005_1920x0_80_0_0_2da486bef12edc9d2796924c0ff7d8fb-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə müxalifətinin prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya ilə institusional səviyyədə əlaqələr qurmaq niyyətindədir.

Busaat.az xəbər verir ki, bu barədə partiyanın beynəlxalq əlaqələr üzrə sədr müavini Ünal Çeviköz RİA Novosti-yə bildirib.

Altı partiyadan ibarət müxalif “Millət Alyansı” keçirilən toplantıdan sonra Kılıçdaroğlunu vahid namizəd elan edib. Türkiyədə “Millət Alyansı”nın digər üzvləri olan 5 müxalifət partiyasının liderləri, eləcə də İstanbul və Ankara bələdiyyə sədrləri Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə vitse-prezident olacaqlar, gücləndirilmiş parlament idarəetmə formasına keçid planlaşdırılır.

“Rusiya ilə əlaqələri Ərdoğan və Ədalət və İnkişaf Partiyasının dövründə olduğu kimi liderlər deyil, institutlar səviyyəsində quracağıq. Münasibətləri qurumlar və Xarici İşlər Nazirliyi səviyyəsində davam etdirəcəyik. Rusiya Federasiyası ilə əlaqələr qurarkən, biz ölkələrimizin uzun tarixi əlaqələri olduğunu nəzərə alacağıq, eyni zamanda Türkiyənin NATO-ya üzvlüyünü də nəzərə alacağıq ki, xarici siyasət bərabər şəkildə aparılsın”, – deyə Çeviköz bildirib

Müxalifət Akkuyu AES layihəsinin hazırkı vəziyyətini və müvafiq detalları, həmçinin stansiya ilə bağlı saziş çərçivəsindən kənarda yaranmış öhdəlikləri nəzərdən keçirmək niyyətindədir.

Qeyd edək ki, Türkiyədə  prezident seçkiləri mayın 14-nə təyin edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103083