Kimya zavodunda qaz sızması 9 can aldı

Kimya zavodunda qaz sızması 9 can aldıbackend

Hindistanın cənubundakı Visakhapatnam şəhərində kimya zavodunda qaz sızması nəticəsində azı 9 nəfər həlak olub.

Busaat.az-ın məlumatına görə, 1000 nəfərə yaxın şəxs müxtəlif xəstəxanalara yerləşdirilib.

Ölü sayının daha çox olacağı ehtimal edilir.

Zavod yaxınlığındakı yaşayış bölgələrində təxliyə aparılır. Evlərdə huşsuz vəziyyətdə qalanların olduğu deyilir.

Qeyd olunur ki, qaz sızması koronavirus pandemiyası ilə əlaqədar hazırda bağlı olan “LG Polymers” zavodunda baş verib. Zavodda işləyənlər olmadığı üçün sızmanın qarşısını qısa müddətdə almaq mümkün olmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90