Kipr – Azərbaycan qarşılaşmasının stadionu bilindi

Kipr – Azərbaycan qarşılaşmasının stadionu bilindibackend

Azərbaycan millisinin Millətlər Liqasında Kiprlə keçirəcəyi oyunun məkanı müəyyənləşib.

Busaat.az xəbər verir ki, kiprlilər C Liqasının 1-ci qrupunda keçirəcəyi ev matçlarının stadionunu açıqlayıb.

Yohan Valemin kollektivi sentyabrın 8-də Azərbaycan yığmasını, eyni zamanda digər rəqibləri Monteneqro və Lüksemburqu GPS stadionunda qəbul edəcək. GPS arenası təxminən 23 minə yaxın tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, Kipr qrupda ilk oyununu sentyabrın 5-də öz meydanında Monteneqroya qarşı keçirəcək. Azərbaycan millisi isə həmin gün Bakı Olimpiya Stadionunda Lüksemburqla üz-üzə gələcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90