
Kipr Rum Administrasiyasından təlim: Fransız döyüş təyyarələri də iştirak etdi
Rum Milli Qvardiyası Fransa döyüş təyyarələrinin iştirakı ilə təlim keçirib.
Busaat.az xəbər verir ki, yunan mətbuatında yer alan xəbərlərdə Şərqi Aralıq dənizində TALOS 2/2022 kod adlı təlim Rum Milli Qvardiyasının hava qüvvələrinin yerləşdirmə taktikası və hava əməliyyatlarının planlaşdırılması və idarə edilməsinə hazırlıq məqsədilə keçirilib.
Xəbərdə ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində ötən həftə Kipr Rum Administrasiyasına gələn Şarl De Qoll gəmisindəki döyüş təyyarələrinin önümüzdəki günlərdə rumlarla bir sıra təlimlər keçirəcəyi bildirilib.
Busaat.az























