Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.25 $▲1.65%
  • WTI neft86.53 $▲1.79%
  • Avropa qazı (TTF)85.40 €▲1.61%
  • Təbii qaz (ABŞ)3.140 $▲1.72%
  • Qızıl3 877 $▲0.00%
  • Gümüş47.62 $▲0.28%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda597.00 ¢▼0.42%
  • Bitcoin64 195 $▼0.96%
  • Ethereum1 787 $▼1.74%
  • S&P 5007 342▼1.05%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İqtisadiyyat

Kirayə mənzil fonduna daha 171 mənzil əlavə olundu

image-a71c223a-8875-3aac-a989-27338c777ee6_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində daha 171 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Busaat.az Fonda istinadən xəbər verir ki, mənzillər 1 və 2 otaqlı olmaqla aylıq ödənişləri 376 manatdan başlayır.

Onlar Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 30 oktyabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4100-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125473