Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 246 $▼5.83%
  • Ethereum1 764 $▼8.51%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kişinyovda Azərbaycanla sülh sazişinin imzalanması planlaşdırılmır - Ermənistan XİN

image-56644190_0_0_1280_721_1920x0_80_0_0_c86c65f162c18ce09d55f920fa7c4b13-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyunun 1-də Kişinyovda keçiriləcək sammitdə Azərbaycanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulmayıb.

Busaat.az xəbər verir ki, bu  barədə Sputnik Ermənistan-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, xüsusən də “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş ətrafında müzakirələr davam edir. Dəfələrlə bildirdiyimiz  kimi, Ermənistan tərəfi həll yollarının tapıldığı anda sazişi imzalamağa hazır olacaq”, –  Badalyan deyib.

İrəvan ümid edir ki, problemlər ətrafında müzakirələr iyunun 1-də Kişinyovda  planlaşdırılan görüşdə davam etdiriləcək.

“Kişinyovda keçiriləcək görüşün gündəliyində qeyd olunan sazişin imzalanması nəzərdə tutulmayıb”, – Badalyan bildirib.

Qeyd edək ki, Kişinyovda Ermənistan, Azərbaycan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə danışıqların aparılması planlaşdırılır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110934