Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 171 $▲1.66%
  • Ethereum1 820 $▲2.94%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kissincerin məqaləsinə Ukraynadan sərt REAKSİYA: “Bu Putin üçün qələbədir”

image-63a02108470a9b6070db8a27
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Riçard Niksonun dövründə ABŞ-da dövlət katibi olmuş Henri Kissincerin “The Spectator” jurnalında yazdığı məqalə Kiyev rəhbərliyinin reaksiyasına səbəb olub.

Busaat.az xəbər verir ki, Kissincer Rusiyanın əlində olan əraziləri ilhaq etməklə sülh üçün danışıqlar masasına gəlməyin vaxtı olduğunu bildirib.

bu sözlərindən sonra Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak, “Ukrayna torpaqları hesabına şeytanla sövdələşmə pis sülhdür” – deyə, etiraz edib.

ABŞ-ın keçmiş dövlət katibi Kissincer “The Spectator” jurnalında yazıb: “Artıq edilmiş strateji dəyişikliklərə əsaslanmaq və danışıqlar yolu ilə sülh əldə etmək üçün yeni struktura inteqrasiya etmək vaxtı yaxınlaşır. Sülh prosesi kimin necə ifadə etməsindən asılı olmayaraq, Ukraynanı NATO ilə bağlamalıdır. Neytrallıq alternativinin artıq mənası yoxdur”.

Kissincer may ayında da fərqli təkliflə çıxış edib. O, qeyd edib ki, sülh prosesi Rusiyanın ələ keçirdiyi bölgələrdən çıxması, ancaq 2014-cü ildə ilhaq edilən Krımın müzakirə mövzusu olması şərti ilə başlaya bilər.

Ukrayna prezidenti Zelenskinin müşaviri Podolyak Kissincerin rəsmi Telegram hesabında yazdığı məqalə ilə bağlı açıqlama verib: “Cənab Kissincer 10 aylıq müharibənin mahiyyətini və onun dünya nizamına təsirini hələ də başa düşməyib. Keçmiş dövlət katibinin tələb etdiyi, lakin ucadan deməkdən qorxduğu resept sadədir. Şərqi Avropanın digər dövlətlərinə təcavüz etməmək zəmanəti verməklə, Ukraynanın bəzi hissələrini qurban edib təcavüzkarı sakitləşdirmək”.

Belə bir sülhün pis olduğunu vurğulayan Podolyak əlavə edib: “Sadə həll yollarının bütün tərəfdarları aşkar olanı xatırlamalıdır. Ukrayna ərazisi hesabına şeytanla istənilən razılaşma pis sülhdür. Belə bir razılaşma Putin üçün qələbə və bütün dünyada avtokratlar üçün uğur resepti olardı”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94712