
KİV: "Ölən israillilərin sayı 1300-ə çatıb"
Mühasirəyə alınan Qəzza zolağından həyata keçirilən hücumlarda ölən israillilərin sayının 1300-ə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
Televiziya HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının blokada altındakı Qəzza zolağından İsrailə qarşı başlatdığı “Əqsa tufanı” hücumunda yaralanan israillilərin sayının 3300 olduğunu, onlardan 350-nin ağır yaralandığını açıqlayıb.























