
KİV: "Rusiya və Türkiyə prezident danışıqlarından sonra iki ölkə arasında bir neçə saziş imzalana bilər"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında Rusiyanın Qara dəniz sahilindəki kurort şəhərində Soçidə planlaşdırılan danışıqlardan sonra hər iki ölkə bir sıra sazişlər imzalaya bilər.
Busaat.az xəbər verir ki, bu barədə Ankaradakı mənbə TASS-ın müxbirinə bildirib.
“Liderlərin danışıqlarından sonra Türkiyə və Rusiyanın Soçidə bir sıra sazişlər imzalaya biləcəyi ehtimalı var. Təbii ki, bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verə bilər. Lakin hər şey danışıqların nəticələrindən asılıdır. İkitərəfli müzakirələr aparılır”, – deyə mənbə qeyd edib.
Daha əvvəl Türkiyənin diplomatik mənbəsi TASS-a bildirib ki, Putin və Ərdoğan arasında Soçidə görüş keçiriləcəyi gözlənilir. Danışıqların mümkün tarixi kimi sentyabrın 4-ü göstərilib. Eyni tarixi Habertürk televiziyası da Türkiyə liderinin Rusiyaya mümkün səfəri kontekstində qeyd edib.























