Kiyev Bakını təqlid etdi: Rus tankları paytaxt meydanlarında nümayiş etdirilir – FOTOLAR

image-thumbs_b_c_ae205529f3ffde9b4d8fb6a7e7b685cabackend

Ukrayna əsgərləri tərəfindən əsir götürülən Rusiya ordusuna aid hərbi texnika paytaxt Kiyevdəki meydanlarda nümayiş etdirilir.

Busaat.az Anadolu agentliyinə isatinadən xəbər verir ki, iyun ayından etibarən paytaxt Kiyevin bəzi yerlərində müharibənin ilkin mərhələlərində əsir götürülmüş, yandırılmış, partlamış və ya qismən zədələnmiş hərbi maşın və texnikalar nümayiş etdirilir.

Sərgi sahəsini böyük maraqla araşdırdığını ifadə edən ukraynalı Mariya Bedantseva, “Eşitdik ki, burada hərbi maşınlar var. Əsgərlərimizin vətəni qorumaq üçün necə döyüşdüyünü görmək üçün gəldim. Təəssüf ki, bəzi əsgərlər artıq həyatda deyil” – deyə, qeyd edib.

Tək arzusunun müharibənin qısa zamanda bitməsi olduğuna diqqət çəkən Bedantseva əlavə edib: “İndi hər kəsin tək arzusu dinc həyata dönməkdir. Mən müharibənin bitməsini istəyirəm. Xalqımızın qalib gəlməsini istəyirik”.

Sərgi sahəsinə kiçik qızı ilə gələn və Rusiya ordusunun ölkəsini işğal etdiyini, lakin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hücumlarını uğurla dəf etməyə davam etdiyini müdafiə edən Valentin Bannix deyib: “Ukrayna ordusunun məhv etdiyi Rusiya hərbi texnikası buradadır. Biz bilirik ki, bunlar məhv edilən maşınlardan yalnız bəziləridir”.

Müharibənin fevralın 24-də başladığını və cəbhədəki şiddətli toqquşmaların bu günə qədər də davam etdiyini bildirən Bannix, “Burada nümayiş olunan hərbi maşınlar Ukraynada müharibənin davam etdiyini açıq şəkildə xatırladır” – deyə, əlavə edib.

Busaat.az 

image-2022_aralik_20221219_2_56487343_83951478image-2022_aralik_20221219_2_56487343_83951468image-2022_aralik_20221219_2_56487343_83951466image-2022_aralik_20221219_2_56487343_83951460image-2022_aralik_20221219_2_56487343_83951479

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki