Kiyev Belarusa gələn “Vagner” muzdlularının sayını açıqlayıb

image-default-2023-07-31t125809-452backend

Belarus ərazisində 5 minə yaxın rus muzdlusu var və onlar gəlməkdə davam edir.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

“Sərhəddəki vəziyyətə Ukrayna Müdafiə Qüvvələri, o cümlədən Dövlət Sərhəd Xidmətinin bölmələri tam nəzarət edir”, – Demçenko deyib.

O, əlavə edib ki, muzdluların Ukrayna ilə sərhəddən xeyli aralıda olmasına baxmayaraq, Ukrayna kəşfiyyat xidmətləri, o cümlədən Dövlət Sərhəd Xidmətinin kəşfiyyatı vəziyyəti fəal şəkildə izləyir.

Demçenkonun sözlərinə görə, hazırda “Vaqner” PMC-nin Belarus ərazisindəki nümayəndələrinin sayı dövlət üçün ciddi təhlükə törətmir.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki