
Kiyev “uğurlu ölkələr klubu”na üzv olmaq üçün proqrama start verib - Denis Şmıqal
Ukrayna “uğurlu ölkələr klubu”na, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmaq üçün proqramın işə salındığını açıqlayıb.
Busaat.az xəbər verir ki, bu sözləri Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Bu gün biz İƏİT-in baş katibi Matias Kormann və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birlikdə ilkin dialoq çərçivəsində Ukrayna üçün İƏİT proqramını işə saldıq. Proqram islahatları dəstəkləyəcək, Ukraynanı bərpa edəcək”, – Şmıqal deyib.
Nazir qeyd edib ki, son altı ayda Kiyev İƏİT ilə əməkdaşlığın dərinləşməsinə nail olub.
“Fevralda Ukrayna İƏİT-in rüşvətxorluq üzrə işçi qrupuna qoşuldu, martda isə təşkilatın Kiyevdə əlaqə ofisi açıldı. Biz yaxın gələcəkdə İƏİT-ə tamhüquqlu üzv kimi qoşulacağımızı gözləyirik”, – nazir əlavə edib.
Busaat.az























