
Kiyevdə 4-cü dəfə hava hücumu həyəcanı eşidilib
Kiyev Administrasiyası hər kəsi dərhal mülki müdafiə sığınacaqlarına getməyə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası Telegram kanalında məlumat yayıb.
“Diqqət! Kiyevdə hava hücumu həyəcanı elan edildi! Biz hamını dərhal mülki müdafiə sığınacaqlarına getməyə çağırırıq” –deyə, açıqlamada bildirilib. Bundan əlavə, Nikolayev vilayətində region rəhbəri Vitali Kim, Odessa vilayətində isə şəhər şurası hava hücumu ilə bağlı həyəcan siqnalı elan edib, Odessada artıq partlayış səsləri eşidilib.
Qeyd edək ki, hakimiyyət bundan əvvəl Kiyevdə üç dəfə hava hücumu həyəcanı elan edib.
Busaat.az























