Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 732 $▲0.97%
  • Ethereum1 811 $▲2.41%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kiyevdə “apokalipsis” barədə XƏBƏRDARLIQ EDİLDİ

image-621c8376b57f152160fa2b04
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın infrastruktura aviazərbələri davam edərsə, bu qış Ukraynanın paytaxtında “apokalipsis” olacağı barədə xəbərdarlıq edilib. Lakin hələlik sakinləri təxliyə etməyə ehtiyac olmadığı, ancaq onların buna hazır olmalı olduğu qeyd edilib.

Busaat.az xəbər verir ki, bu barədə xəbərdarlığı Kiyev meri Vitali Kliçko edib.

Kliçko Reuters agentliyinə deyib: “Kiyev işıqsız, susuz və istiliksiz qala bilər. Hollivud filmlərində olduğu kimi apokalipsis ola bilər, o zaman aşağı temperaturlara görə evlərdə yaşamaq mümkün deyil. Ancaq biz mübarizə aparırıq və bunun baş verməməsi üçün əlimizdən gələni edirik”.

“Yenə də mənzərə acınacaqlıdır: işıqların tam kəsilməsi halında paytaxtda 3,6 milyon sakinin hamısını yerləşdirmək üçün kifayət qədər sığınacaq yoxdur və vəziyyət pisləşərsə, insanlar təxliyəyə hazır olmalıdırlar. İndiyədək biz 500-ə yaxın istilik təchizatı hazırlamışıq, lakin 3 milyon əhalisi olan şəhər üçün 500 nöqtə heç nə deyil” – deyə, Kliçko əlavə edib.

Kliçko sakinləri qida və su üçün təcili ehtiyatlar hazırlamağa, istilik kəsiləcəyi təqdirdə tez bir zamanda Kiyevi tərk etmək üçün paltar və sənədlərini qaydasına salmağa çağırıb.

Kliçkonun sözlərinə görə, hazırda şəhərdə elektrik enerjisində cəmi 20 faiz çatışmazlığı var və şərait sabitdir. Buna görə də, hələlik təxliyəyə ehtiyac yoxdur.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93368