
Kiyevdə vəziyyət pisdir - Zelenski
Kiyevdə və bir çox başqa yerlərdə elektrik enerjisinin kəsilməsi səbəbindən vəziyyət pisdir.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski qeyd edib ki, Rusiyanın hücumları nəticəsində enerji infrastrukturlarına dəyən ziyana görə bir çox regionlarda elektrik enerjisi kəsilməkdə davam edir. Ən çox elektrik kəsintisi Kiyevdə baş verib.
Zelenski, Telegram hesabında paylaşdığı videomüraciətində, ötən gün Rusiya ordusunun Ukraynanın bir çox bölgəsində həyata keçirdiyi raket hücumlarında yenidən enerji ötürücü xətlərinin zədələndiyini bildirib.
Ukraynanın bir çox bölgəsində su və elektrik xidmətlərinin verilməsində problemlərin olduğunu bildirən Zelenski əlavə edib: “Kiyevdə vəziyyət pisdir. Hava hücumundan müdafiə sistemləri ilə bağlı müttəfiqlərdən daha çox kömək gözləyirik. Beləliklə, rus terrorunun əsas üslubu (raket terroru) mümkünsüz olacaq”.























