
Kiyevdə yeni siyasi rejim NATO-ya üzvlük tələb etməyəcək - Medvedev
Kiyevdə rejim dəyişikliyi baş verərsə, yeni hakimiyyətlər NATO-ya üzv olmaq üçün müraciət etməyəcəklər.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, NATO-nun baş katibi Stoltenberqin münaqişə zamanı Ukraynanın alyansa qoşulmasını istisna edən, lakin qapıların Kiyev üçün açıq qalacağını vurğulayan sözlərini xatırladıb: “Bu, praktiki baxımdan nə deməkdir? NATO-da Ukrayna bizə lazım deyil”.
“Buna görə də Ukraynada münaqişə daimi olacaq. Kiyevdə yeni siyasi rejim qətiliklə NATO-ya üzvlük tələb etməyəcək”, – Medvedev əlavə edib.
Busaat.az























