Kiyevdə yerləşən bomba sığınacaqlarının yarısı hazır deyil.
Busaat.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin Telegram kanalında məlumat verib.
Nazir Kiyevdəki sığınacaqların vəziyyətini kritik adlandırıb. O bildirib ki, hazırda paytaxtdakı bomba sığınacaqlarının üçdə birindən çoxu yoxlanılıb.
Bundan əvvəl prezident Vladimir Zelenski ölkə boyu bütün bomba sığınacaqlarının yoxlanılmasını əmr edib .
Qeyd edək ki, bir müddət əvvəl Kiyev əhalisi sığınacaqlarla bağlı yerli hakimiyyət orqanlarına şikayət ünvanlayıb.
Busaat.az