
Kiyevin digər ölkələrlə sövdələşmələri xüsusi əməliyyatın nəticəsinə təsir etmir - Kreml
Ukraynanın hərbi yardımı təmin etmək üçün digər ölkələrlə bağladığı razılaşmalar xüsusi hərbi əməliyyatın nəticələrinə təsir etməyəcək və bu gün cəbhədəki vəziyyət bunu təsdiqləyir.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prinsipcə, bütün bu müzakirələrin nəticələri xüsusi hərbi əməliyyatın nəticələrinə heç bir şəkildə təsir etmək iqtidarında deyil. Və cəbhədəki mövcud vəziyyət bunu daha qabarıq ortaya qoyur”, – Kremlin sözcüsü deyib.
Ümumiyyətlə, Kreml bu danışıqlardan təəccüblənmir. “Kiyev rejimi mümkün qədər çox ölkəni faktiki olaraq birbaşa bu münaqişəyə sürükləmək üçün əlindən gələni edir. Artıq bir çox ölkələr həm birbaşa, həm də dolayısı ilə bu münaqişədə iştirak edir”, – Peskov qeyd edib.
Busaat.az























